525.Az

Azərbaycan və Belarus prezidentlərinin Birgə Bəyanatı təsdiq olundu


 

Azərbaycan və Belarus prezidentlərinin Birgə Bəyanatı təsdiq olundu<b style="color:red"></b>

Azərbaycan və Belarus prezidentlərinin 2018-ci il noyabrın 19-da Minsk şəhərində imzalanmış Birgə Bəyanatı təsdiq edilib.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin dünən keçirilən iclasında "Azərbaycan Respublikasının Prezidenti və Belarus Respublikasının Prezidentinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, Azərbaycan ilə Belarus arasında yüksək səviyyəli əlaqələr mövcuddur və bu bəyanatın təsdiq edilməsi iki ölkə arasında münasibətlərin inkişafına mühüm töhfə verəcək.

Daha sonra bəyanat səsə qoyularaq qəbul edilib.

 





30.03.2019    çap et  çap et