525.Az

Türkiyədə bələdiyyə seçkiləri keçirilir


 

Türkiyədə bələdiyyə seçkiləri keçirilir<b style="color:red"></b>

Türkiyədə bələdiyyə seçkiləri keçirilir.

Trend-in məlumatına görə, seçkilərə 13 partiya iştirak edəcək.

Seçkilərə hakim Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Səadət Partiyası, Müstəqil Türkiyə Partiyası (Bağımsız Türkiye Partisi), Türkiyə Kommunist Partiyası, Vətən Partiyası, Böyük Birlik Partiyası, Azad Mübarizə Partiyası (Hür Dava Partisi), Demokrat Partiya, "İYİ Parti", Xalqların Demokratik Partiyası və Demokratik Solçu Partiyası qatılacaqlar.

Daha əvvəl Prezident Ərdoğan keçmiş iqtisadiyyat nazir Nihat Zeybekçinin namizədliyini İzmir bələdiyyə başçısı, Binəli Yıldırımın namizədliyini isə İstanbul bələdiyyə başçısı postuna irəli sürüb.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri beş ildən bir keçirilir.

 





31.03.2019    çap et  çap et