525.Az

Ukraynada prezident seçkiləri ilə əlaqədar səsvermə başladı


 

Ukraynada prezident seçkiləri ilə əlaqədar səsvermə başladı <b style="color:red"></b>

Ukraynada prezident seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

Trend-in məlumatına görə, ölkə ərazisində 30 minə yaxın, 72 xarici ölkədə 101 seçki məntəqəsi açılıb. Seçkilərdə səs vermək üçün 29 milyondan artıq vətəndaş qeydə alınıb.

Ukraynada seçkiləri izləmək üçün müxtəlif beynəlxalq təşkilatlardan və xarici dövlətlərdən 2 mindən artıq müşahidəçi qeydiyyata alınıb.

Seçkilər günü təhlükəsizliyi 135 mindən artıq polis əməkdaşı qoruyacaq.

Seçkilərdə səsvermə Ukrayna vaxtı ilə saat 20:00-da yekunlaşacaq.

 





31.03.2019    çap et  çap et