525.Az

Ərdoğan: "Xalq öz iradəsini ifadə etdi"


 

Ərdoğan: "Xalq öz iradəsini ifadə etdi"<b style="color:red"></b>

Türkiyədə bələdiyyə seçkiləri demokratik şəraitdə keçdi, xalq öz iradəsini ifadə etdi.

Trend-in məlumatına görə, bunu İstanbulda KİV üçün açıqlamasında ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan deyib ki, seçkilərin ilkin nəticələrinə görə Ədalət və İnkişaf Partiyasının (AK Parti) Milli Hərəkat Partiyası (MHP) ilə tandemi irəlidədir.

Türkiyə prezidentinin sözlərinə görə, onun başçılıq etdiyi Ədalət və İnkişaf Partiyası ölkənin müxtəlif hissələrində həm qalib gəlib, həm də məğlub olub: "Bu da, öz növbəsində demokratiyanın göstəricisidir"

 





01.04.2019    çap et  çap et