525.Az

Səhiyyə Nazirliyi Tovuzdakı partlayışda xəsarət alanların vəziyyətini açıqladı


 

Səhiyyə Nazirliyi Tovuzdakı partlayışda xəsarət alanların vəziyyətini açıqladı<b style="color:red"></b>

Səhiyyə Nazirliyi Tovuzda birmərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində xəsarət alanların durumunu açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Tovuz rayonunun Aşağı Öysüzlü kəndində baş verən partlayışla əlaqədar hadisə yerinə martın 31-də saat 23:20-də təcili tibbi yardım briqadası gəlib.

Hadisə nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

1964-cü il təvəllüdlü Qurbanova Zemfira travmatik şok keçirib, onun diaqnozu yuxarı ətraflarının soyulmuş yarası olub. 1992-ci il təvəllüdlü Həsən İmamverdiyevə isə bel fəqərəsinin sınığı diaqnozu qoyulub. Xəstələrin həyatı üçün təhlükə yoxdur.

 





01.04.2019    çap et  çap et