Qalxın ellər, gəlin, azad seçim nə gözəl,
Sabahkı xoş gələcəyə, arzu-kama səs verək!
Ağsaqqalım, ağbirçəyim, oğlum, qızım, durma, gəl,
Məsəl var ki,-“dərya olur dama-dama”, səs verək!
Zaman keçir o bulanıq sular daha durulur,
Şər-şeytanın beli sınır, vuran əli yorulur,
Baxın, baxın, hər tərəfdə hey tikilir, qurulur,
Bu torpaqda bayraqlaşan ehtişama səs verək!
Biz nə qədər gözləmişik həsrətlə bu günləri,
Bu yollarda itirmişik çox yüzləri, minləri,
De, gəlirmi qulağına şəhidlərin ünləri?!
Millət üçün, torpaq üçün yanan şama səs verək!
Səhv eləmə, sabahların öz suçundan asılı!
Sıyır azad seçimini, o, içindən asılı,
Azadlığın, bütövlüyün bu seçimdən asılı
Nə sehirkar oyunbaza, nə bir xama səs verək!
Nəyə lazım hürr deyilsə bu səhərlər, axşamlar,
Nəyə lazım millət üçün yanmayırsa bu şamlar,
De, ilhamsız yaradarmı yaradıcı adamlar?
Könlümüzdə yuva qurub biz İlhama səs verək!
Millət üçün, Vətən üçün yanan şama səs verək!
çap et