525.Az

Ağdaşda çağırışçı gənclər hərbi xidmətə yola salındı - Foto


 

Ağdaşda çağırışçı gənclər hərbi xidmətə yola salındı - <b style="color:red">Foto</b>

Dünən Ağdaşda “Vətənin müdafiəsinə hazıram!” devizi altında çağırışçı gənclərin hərbi xidmətə təntənəli yolasalma mərasimi keçirilib.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Tədbirdə Səfərbərlik Xidmətinin, rayon icra hakimiyyətinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə çıxış edən Səfərbərlik Xidməti Aparatının şöbə rəisi, polkovnik Niyaz Məmmədov, rayon icra hakimiyyəti başçısının müavini Aynur Novruzova ordu sıralarına yola düşən gənclərə ən xoş arzularını çatdırıb, Vətən qarşısında borclarını layiqincə yerinə yetirəcəklərinə əminliklərini ifadə ediblər.

Vurğulanıb ki, prezident, ali baş komandan İlham Əliyev bu gün Silahlı Qüvvələrimizin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, döyüş ruhu ilə seçilən və düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordunun formalaşmasına nail olub.

Gənclər Fondunun nümayəndəsi Emil Yusifov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli gənclərimizə Vətənimizin keşiyində ayıq-sayıq dayanmağı, onun ərazi bütövlüyünün təmin olunması kimi şərəfli və məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gəlməyi, habelə Aprel döyüşlərində düşmən təxribatının qarşısını alarkən rəşadətli ordumuzun qəhrəmancasına şəhid olan əsgər və zabitlərinin, bütövlükdə şəhidlərimizin qisasının alınmasını arzulayıblar.

“Qarabağ Müharibəsi Veteranları, Əlilləri, Şəhid Ailələri” İctimai Birliyinin Ağdaş rayon təşkilatının sədri İsmayıl Xudiyev, çağırışçı Amil Məmmədovun babası, şəhid atası Zaman Məmmədov, çağırışçı Şaban Şabanzadə və başqaları Vətənin müdafiəsinin hər bir Azərbaycan vətəndaşının müqəddəs borcu olduğunu söyləyiblər.

Sonda çağırışçı gənclər üçrəngli Azərbaycan bayrağını öpərək hərbi xidmətə yola düşüblər. 

C.ABASOV

 





02.04.2019    çap et  çap et