525.Az

Mixeil Saakaşvili şərtini açıqlayıb


 

Mixeil Saakaşvili şərtini açıqlayıb<b style="color:red"></b>

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Ukraynaya qayıtması üçün şərtini açıqlayıb.

“Report”un xəbərinə görə, o, Gürcüstanın “Rustavi-2” televiziyasına müsahibəsində deyib ki, Ukraynada inqilab baş verib.

M.Saakaşvili bildirib ki, prezident seçkisinin ikinci turunda Vladimir Zelenski qalib gəlsə, Ukraynaya qayıdacaq. Keçmiş dövlət başçısı vurğulayıb ki, heç bir yüksək siyasi post tutmağı planlaşdırmır.

Qeyd edək ki, martın 31-də Ukraynada keçirilən prezident seçkisinin birinci turunda qalib müəyyənləşməyib. İkinci turda Vladimir Zelenski ilə hazırkı prezident Petro Poroşenko mübarizə aparacaq.

 





03.04.2019    çap et  çap et