525.Az

ADPU-da vətənpərvərliklə bağlı tədbir keçirilib


 

ADPU-da vətənpərvərliklə bağlı tədbir keçirilib<b style="color:red"></b>

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU), Səbail Rayon İcra Hakimiyyətinin (RİH) və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin birgə təşkilaçılığı ilə 31Mart-Azərbaycanlıların Soyqırımı Günü, Kəlbəcər rayonunun işğalının 26-cı ildönümü və Aprel döyüşlərinin 3 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri, “Ana harayı” qəzetinin baş redaktoru, Qarabağ müharibəsi veteranı Şamil Sabiroğlu qeyd edib ki, ermənilər 200 ildən çoxdur ki, Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirirlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu soyqırımı siyasətinin tərkib hissəsidir. Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində torpaqlarımız erməni işğalından azad ediləcəkdir. Şanlı Aprel qələbəsi Azərbaycan Silahlı Qüvvələrinin gücünü, qüdrətini bir daha sübut etdi.

ADPU-nun Tarix və coğrafiya fakültəsinin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının professoru Mais Əmrahov “Keçmişdən bu günə” mövzusunda məruzə ilə çıxış edib. Professor M. Əmrahovun maraqlı və məzmunlu məruzəsində tariximizin tam və hərtərəfli öyrənilməsi, həmçinin ulu öndər Heydər Əliyevin ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarına verdiyi siyasi-hüquqi qiymət xüsusi vurğulanıb.

Tanınmış ziyalı, “Azərnəşr”in baş redaktoru, Əməkdar jurnalist Əlövsət Ağalarov, Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun bacısı, Bakı şəhərinin Nərimanov rayonundakı Azərbaycanın Milli Qəhrəmanı Rafiq Nəsrəddinov adına 39 nömrəli tam orta məktəbin direktoru Tahirə Şükürova, “Azərbaycan Bayrağı” ordenli Ülfət Kərimovun bacısı Xuraman xanım, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, Aprel döyüşlərinin iştirakçısı Anar Məmmədov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının baş katibi Ramin Həbibzadə və başqaları çıxış edərək tədbirin keçirilməsini yüksək qiymətləndiriblər və tələbə-gənclərə milli ruhlu, vətənpərvər olmağı tövsiyə ediblər.

S.QARAYEVA

 





03.04.2019    çap et  çap et