525.Az

Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbuluna başlanılıb


 

Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbuluna başlanılıb<b style="color:red"></b>

Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulu üçün sənəd qəbuluna başlanılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorundan 525-az-a verilən məlumata görə, yaşı 8-dən yuxarı olan uşaqlar təhsil nazirinin əmri ilə təsdiq edilən “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.azsaytında qeydiyyatdan keçdikdən sonra 01.04.2019-cu il tarixdən həftənin II günü yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) Bakı Şəhəri üzrə Təhsil İdarəsində yaradılmış müvafiq komissiyaya müraciət etməlidir.

Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.
Fərdi təhsil həftədə 4 gün təşkil olunur.
S.QARAYEVA

 





03.04.2019    çap et  çap et