525.Az

I-IV ixtisas qrupları üzrə 50 mindən çox abituriyent ərizəsini təsdiqləyib


 

I-IV ixtisas qrupları üzrə 50 mindən çox abituriyent ərizəsini təsdiqləyib<b style="color:red"></b>

Ali təhsilin bakalavr səviyyəsinə və orta ixtisas təhsili pilləsinə (tam orta təhsil bazasından) ərizə qəbulu davam edir.

Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən 525-az-a verilən xəbərə görə, aprelin 3-ü saat 13:30-a olan məlumata görə, I-IV ixtisas qrupları üzrə ümumilikdə 50444 nəfər (Azərbaycan bölməsi-45921, rus bölməsi-4523) ərizəsini təsdiqləyib.

V qrup üzrə ümumilikdə 33853 nəfər ərizəsini təsdiq edib. Tam orta ixtisas təhsili bazasından kolleclərə qəbul olunmaq üçün müraciət edənlərin ümumi sayı isə 37001 nəfərdir.

Martın 15-dən başlanan sənəd qəbulu aprelin 15-dək davam edəcək.

S.QARAYEVA

 





03.04.2019    çap et  çap et