525.Az

Ankarada Mansur Yavaş, İstanbulda Əkrəm İmamoğlu qalib gəldi


 

Ankarada Mansur Yavaş, İstanbulda Əkrəm İmamoğlu qalib gəldi<b style="color:red"></b>

Cümhuriyyət Xalq Partiyası Türkiyənin 4 böyük şəhərində keçirilən bələdiyyə seçkilərində qalib gəlib. CHP namizədi Əkrəm İmamoğlu İstanbulun bələdiyyə sədri olub.
 
Türkiyənin Ali Seçki Qurumunun (YSK) rəsmi açıqlamasına görə, şəhər üzrə səslərin 100 faizi sayılıb. Əkrəm İmamoğlu səslərin 48.79 faizini qazanıb. Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq baş nazir və parlament sədri Binəli Yıldırım səslərin 48.51 faizini toplayaraq, ikinci olub.

Qeyd edək ki, paytaxt Ankara və ölkənin üçüncü ən böyük şəhəri olan İzmirdə də CHP-nin namizədləri qalib gəlib. Mansur Yavaş Ankara, Mustafa Tunç Soyer İzmirin bələdiyyə sədrləri olub.

Qeyd edək ki, Ankarada seçkiləri udan Mansur Yavaş 1955-ci iln 23 mayında doğulub. Müxtəlif vaxtlarda Milliyyətçi Çalışma Partiyası (1989-1992), Milliyyətçi Hərəkat Partiyası (1992-2013) fəaliyyət göstərib. 2013-cü ildən indiyədək siyasi karyerasını CHP-də davam etdirir.

İstanbuldakı seçkinin qalibi Əkrəm İmamoğlu isə 1970-ci ildə doğulub. Siyasi karyerasına 2009-cu ildən CHP-də başlayıb və indiyədək də orada fəaliyyət göstərir. Onun İstanbul bələdiyyə başqanlığına namizədliyi 2018-ci ildə partiyası tərəfindən irəli sürülüb.

 





03.04.2019    çap et  çap et