525.Az

Təhsil naziri Samux şəhərində vətəndaşları qəbul edəcək


 

Təhsil naziri Samux şəhərində vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Təhsil naziri Ceyhun Bayramov aprelin 11-də Samux şəhərindəki Heydər Əliyev Mərkəzində Samux, Göygöl, Goranboy rayon və Naftalan, Gəncə şəhər sakinlərini qəbul edəcək.

Təhsil Nazirliyindən 525.az-a verilən məlumata görə, qəbulda Samux, Göygöl, Goranboy rayonlarında və Naftalan, Gəncə şəhərlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. 

Qəbula gəlmək istəyən vətəndaşlar aprelin 1-dən 5-dək Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. 

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

S.QARAYEVA

 





03.04.2019    çap et  çap et