525.Az

Pedaqoji təhsili olmayanlar da dərs deyəcəklər


 

EŞQİ BAĞIROV: “YENİ QAYDALAR HÖKUMƏTƏ TƏQDİM OLUNUB”

Pedaqoji təhsili olmayanlar da dərs deyəcəklər <b style="color:red"></b>

Azərbaycanda pedaqoji təhsili olmayanlar da ümumtəhsil müəssisələrində pedaqoji prosesə cəlb oluna bilərlər.

Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovb deyib.

Onun sözlərinə görə, artıq "Pedaqoji fəaliyyətlə məşğulolma qaydaları" adlı layihə hazırlanıb. Bu qaydalar "Təhsil haqqında" qanuna edilən dəyişikliyə əsasən hazırlanıb.

Nazirlik rəsmisi qaydaların hökumətə təqdim edildiyini də söyləyib:

"Qaydalar təsdiq ediləcəyi təqdirdə, pedaqoji təhsili olmayan şəxslərin də ümumtəhsil müəssisələrində pedaqoji prosesə cəlb olunması məsələsinə müsbət yanaşılacaq. Amma qeyd edim ki, hələ təsdiq olunmayan bu qaydalar hazırda yalnız layihə formasındadır".

S.QARAYEVA

 





03.04.2019    çap et  çap et