525.Az

İstanbulda səslər yenidən sayılır, nəticələr isə dəyişmir


 

İstanbulda səslər yenidən sayılır, nəticələr isə dəyişmir<b style="color:red"></b>

Türkiyədə martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin İstanbul üzrə nəticələri ətrafında hakim AKP ilə müxalif CHP arasında mübarizə davam etməkdədir.

Dünən gecədən başlayaraq AKP-nin istəyi ilə İstanbulun bir sıra rayonlarında səslər təkrar sayılmaqdadır. Lakin bu saatlara olan məlumatlara görə nəticələrdə ciddi dəyişiklik baş verməyib və CHP-nin namizədi Əkrəm İmamoğlu 21 minə yaxın səs fərqi ilə AKP-nin namizədi Binəli Yıldırımı üstələyir.

Səslərin təkrar sayılması İstanbulun 20 rayonunda etibarsız hesab edilmiş səslər üzrə aparılır, Çatalca rayonu üzrə isə bütün səslər təkrar sayılmaqdadır.

Etibarsız hesab edilmiş səslərin yenidən sayılmasının nəticəsində bəzi seçki məntəqələri üzrə Yıldırımın səsləri cüzi artıb, lakin bir sıra məntəqələrdə nəticələr İmamoğlunun xeyrinə dəyişib. Bir sıra məntəqələrdə isə nəticələr dəyişməz qalıb.

Virtualaz.org

 





03.04.2019    çap et  çap et