525.Az

Çavuşoğlu: "ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq etməməlidir"


 

Çavuşoğlu: "ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq etməməlidir"<b style="color:red"></b>

"ABŞ Rusiyanın “S-400” zenit raket komplekslərini aldığına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etməməlidir, çünki ABŞ-ın müvafiq qanunu rəsmi Ankara və Moskva arasında müqavilə bağlanandan sonra qəbul edilib".

ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO ölkələri xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən iclasında deyib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə “S-400”-ü almaqdan imtina etməyəcəyini və zenit raket sistemlərinin ilk partiyasının bu il ölkəyə gətiriləcəyini bildirib. ABŞ isə “S-400”-ün NATO standartlarına uyğun olmamasını bildirərək, Türkiyəni sanksiyalarla hədələyib.

 





03.04.2019    çap et  çap et