525.Az

Səudiyyə kralı İraqa 1 milyard dollar hədiyyə etdi


 

Səudiyyə kralı İraqa 1 milyard dollar hədiyyə etdi<b style="color:red"></b>

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əl Səud İraqa bir milyard dollar hədiyyə edib.

ONA-nın "RİA Novosti"-yə istinadən yaydığı xəbərinə görə, vəsait Bağdadda idman şəhərciyinin tikintisinə xərclənəcək.

Səudiyyə Ərəbistanının ticarət və sərmayələr naziri Məcid əl-Kasabi İraq prezidenti Bəhram Salehin Ər-Riyada səfəri zamanı ona kralın hədiyyəsi haqqında məlumat verib.

İraqda Səudiyyə Ərəbistanının ayırdığı vəsaitə 100 min tamaşaçılıq stadion tikiləcəyi haqqında xəbər keçən ilin martında açıqlanıb.

İndi isə məlum olur ki, Səudiyyə Ərəbistanının planları yalnız stadion tikintisi ilə məhdudlaşmır və krallıq İraqa böyük idman şəhərciyi hədiyyə etmək niyyətindədir.

 





04.04.2019    çap et  çap et