525.Az

Ukraynada prezident seçkilərinin yekun nəticələri açıqlandı


 

Ukraynada prezident seçkilərinin yekun nəticələri açıqlandı<b style="color:red"></b>

Ukrayna Mərkəzi Seçki Komissiyası martın 31-də keçirilmiş prezident seçkilərinin yekun nəticələrini açıqlayıb.

ONA-nın komissiyanın saytına istinadən verdiyi məlumata görə, ukraynalı aktyor Vladimir Zelenski səslərin 30,24 faizini toplayaraq birinci, hazırki prezident Pyotr Poroşenko isə 15,95 faizini toplayaraq ikinci olub. Hər iki namizəd prezident seçkilərinin aprelin 21-də keçiriləcək ikinci turunda mübarizə aparacaq.

“Batkivşina” Partiyasının sədri Yuliya Timoşenko 13,4 faiz, “Həyat naminə-Müxalifət Platforması” Partiyasının sədri Yuriy Boyko 11,67 faiz, “Vətəndaş mövqeyi” Partiyasının lideri Anatoli Qritsenko 6,91 faiz  səs toplayıb.

 





04.04.2019    çap et  çap et