525.Az

“Diqlas”da zərər çəkmiş sahibkarlardan sənəd qəbuluna başlanıldı


 

“Diqlas”da zərər çəkmiş sahibkarlardan sənəd qəbuluna başlanıldı <b style="color:red"></b>

Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi barədə Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq sahibkarlara maddi yardım göstərilməsi qaydası təsdiq edilib və dövlət qeydiyyatına alınıb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, aprelin 4-dən etibarən Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlardan maddi yardımın göstərilməsi ilə bağlı sənədlərin qəbuluna başlanılıb.

Yanğın nəticəsində zərər çəkmiş sahibkarlardan sənədlərini Agentliyə təqdim etmələri xahiş olunur.

 





04.04.2019    çap et  çap et