525.Az

Bakıda Tatarıstanın Xalq şairinin kitabı nəşr olundu


 

Bakıda Tatarıstanın Xalq şairinin kitabı nəşr olundu <b style="color:red"></b>

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) "Qardaş xalqlar ədəbiyyatı. Ustadlar" silsiləsindən növbəti kitab gün üzü görüb.

Bu, Tatarıstanın Xalq şairi, görkəmli ictimai və dövlət xadimi, Tatarıstan Dövlət Şurasının Komitə başqanı, Dövlət Mükafatı laureatı Razil Vəliyevin şeirlər kitabıdır. Bu barədə kitabın layihə rəhbəri və baş redaktoru Əkbər Qoşalı məlumat verib.

Xalq şairi Razil Vəliyevin şeirlərini (rusca və tatarcadan) dilimizə şair-publisist Həyat Şəmi çevirib.

"XAN" nəşriyyatında işıq üzü görən şeirlər kitabı "PAYIZ YAĞMURLARI" adlanır.

Nəşrin məsləhətçiləri millət vəkili, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov və Tatarıstanda yaşayan soydaşımız İsmət Orucəliyev, rəyçiləri isə millət vəkilləri Cavanşir Feyziyev və Qənirə Paşayevadır. Kitaba dos.dr. Şəmil Sadiq ön söz yazıb.

Tatarıstanın Xalq şairinin kitabı Azərbaycanın aparıcı kitabxanalarının, tatar ədəbiyyatı üzrə tədqiqat aparan elm adamlarının ixtiyarına verilməklə yanaşı, Azərbaycanda və Tatarıstanda ustadın iştirakı ilə keçirilməsi nəzərdə tutulan təqdimatlarda oxuculara paylanacaq.

 





04.04.2019    çap et  çap et