525.Az

Gənc rəssamların əl işləri Türkiyədə


 

Gənc rəssamların əl işləri Türkiyədə <b style="color:red"></b>

Azərbaycanlı gənc rəssamların Türkiyədə sərgisi keçirilib.

ONA xəbər verir ki, Kamal Əlizadə və Nəsibə Vəkilovanın  “Karma” adlı sərgisi Alanya şəhər bələdiyyəsinin təşəbbüsü ilə bu şəhərdə baş tutub.

Alanyanın mədəniyyət mərkəzində təşkil olunan sərgidə rəssamların müxtəlif mövzularda əl işləri nümayiş olunub. 

Alanya bələdiyyəsinin sədr müavini Ali Yenialp və digər qonaqlar gənclərin sərgisini maraqla  izləyiblər.

Qonaqlar sərginin şəhərin mədəni həyatında yaddaqalan hadisə olduğunu vurğulayıblar.

Gənc rəssamların növbəti hədəfi öz əsərlərini Avropada və Türkiyənin digər şəhərlərində nümayiş etdirməkdir.

 





04.04.2019    çap et  çap et