525.Az

Peşə Təhsili üzrə Dövlət Agentliyində yeni direktor əvəzi


 

Peşə Təhsili üzrə Dövlət Agentliyində yeni direktor əvəzi <b style="color:red"></b>

Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor əvəzi təyin olunub.

Təhsil Nazirliyindən verilən xəbərə görə, təhsil naziri Ceyhun Bayramovun əmri ilə Pərviz Yusifov Agentliyin direktor əvəzi təyin olunub.

Pərviz Yusifov indiyədək nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini olub.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi işləyən Amil Əlili isə qurumun direktor müavini vəzifəsinə təyin olunub.

S.QARAYEVA

 





05.04.2019    çap et  çap et