525.Az

ADU tələbə və şagirdlər üçün yazı müsabiqəsi elan edilib


 

ADU tələbə və şagirdlər üçün  yazı müsabiqəsi elan edilib<b style="color:red"></b>

Azərbaycan Dillər Universiteti (ADU) Tələbə Həmkarlar İttifaqı Komitəsi universitetin Konfutsi İnstitutu ilə birgə Çin Xalq Respublikasının yaradılmasının 70 illiyi münasibətilə “Çin və Azərbaycan tərəfdaşlığı” mövzusunda yazı müsabiqəsi elan edib.

ADU-nun Mətbuat xidmətindən verilən məlumata görə, müsabiqə Azərbaycan-Çin əlaqələrinin ikitərəfli uğurlu əməkdaşlığının, mədəniyyətlərinin, tarixlərinin, uğurlu strategiyalarının tələbə və şagirdlər arasında təbliği, təşviqi məqsədilə həyata keçirilir.

Qeyd edək ki, layihənin rəhbəri Azərbaycan Dillər Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, Mir Cəlal adına hekayə müsabiqəsinin qalibi yazıçı-jurnalist Şahin Sərdarlıdır. Müsabiqə ulu öndər Heydər Əliyevin Azərbaycan-Çin əlaqələrinin inkişafında rolu, Azərbaycan-Çin tərəfdaşlığında prezident İlham Əliyevin xidməti, Azərbaycan və Çin mədəni irsinin UNESCO-da təbliği, Mehriban Əliyevanın müstəsna fəaliyyəti və uğurlu əməkdaşlıq strategiyası, Azərbaycan-Çin tərəfdaşlığının tarixi, Tarixi İpək yolunun bərpası, “Bir kəmər, bir yol” strategiyası, Çin və Azərbaycan ədəbiyyatı və sairistiqamətləri üzrə keçiriləcək. Məqalələrin qiymətləndirilməsi zamanı mövzuların əhatə olunması, araşdırma və əsaslandırma, materialın oxucu üçün informasiyalılıq səviyyəsi, yazının dil və üslub xüsusiyyətləri, ifadə vasitələrinin zənginliyi,  müəllifin obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi kimimeyarlar nəzərə alınacaq. Müsabiqədə yalnız ali, orta və ümumi təhsil müəssisələrində təhsil alan şəxslər qatıla bilər. Müsabiqəyə təqdim olunan yazı 8000 (səkkiz min) işarədən artıq olmamalı, yazı “Word” faylında “Times New Roman” şriftində 12 ölçü ilə tərtib olunmalıdır. Təqdimat zamanı müsabiqə şərtlərindən hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul olunmayacaq.

Məlumata görə, müsabiqəyə yazılar yalnız [email protected]” elektron ünvanına mayın 31-dək təqdim edilməlidir. Müsabiqənin mükafatlandırma mərasimi Çinin milli bayramı – Çin Xalq Respublikasının yaradılmasının 70-ci ildönümü günündə (25 Sentyabr 2019-cu il) Azərbaycan Dillər Universitetində baş tutacaqdır. Tədbir haqqında əlavə məlumat veriləcək.

S.QARAYEVA

 

 





05.04.2019    çap et  çap et