“Qarabağ” bu gün bir futbolçusu ilə yollar ayrılıb.
Qol.az-ın klubu saytına istinadən yaydığı xəbərə görə, islandiyalı qapıçı Hannes Tor Halldorssonla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Mövsümün əvvəlində transfer olunan Hannes bu mövsüm 8 oyunda ( 4 Premyer Liqa, 4 avrokubok) meydanda olub. Klub qolkiperə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, DÇ-2018-də Argentina ilə matçda Messinin penaltisini qaytarmaqla məşhurlaşan Halddorson "Qarabağ"a ötən ilin avqustunda böyük ümidlərlə transfer olunmuşdu. Amma o, Vaqner da Silva ilə rəqabəti uduzaraq əsas heyətdə yerini itirmişdi. Meydana az-az çıxması həm Haldorssonun özünün, həm də İslandiya millisinin məşqçi heyətinin narazılığına səbəb olmuşdu.