525.Az

Əmək Müfəttişliyi Xidməti 29 nəfəri əvvəlki işlərinə bərpa etdirdi


 

Əmək Müfəttişliyi Xidməti 29 nəfəri əvvəlki işlərinə bərpa etdirdi<b style="color:red"></b>

Bu ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaş müraciətlərinin araşdırılması zamanı 29 nəfərin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib.

Nazirlikdən verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin şəxslər əvvəlki işlərinə bərpa olunublar. Xidmətə daxil olan vətəndaş müraciətlərin bir qismində isə sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi əksini tapıb.

Xidmətin yanvar-mart aylarında bu istiqamətdə apardığı araşdırmalar zamanı işəgötürənlər tərəfindən 33 844 manat sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib. Həmin vəsaitin 93,8 faizi əmək haqlarından, qalan hissəsi sosial müavinət və kompensasiyalardan, zərərə görə ödənişlərdən ibarət olub. Gecikdirilmiş vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsi təmin olunub.

CEYHUN

 

 





05.04.2019    çap et  çap et