525.Az

Binəqədidə 15 küçədə təmir-bərpa işləri aparılıb


 

Binəqədidə 15 küçədə təmir-bərpa işləri aparılıb<b style="color:red"></b>

Bakı şəhərinin payız-qış mövsümündə vətəndaşların gediş-gəlişində problemlər yaranan qəsəbədaxili yollarında kompleks tədbirlər həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ONA-ya verilən xəbərə görə, yol infrastrukturunun yenidən qurulması işləri Binəqədi rayonun Binəqədi, Rəsulzadə, Biləcəri, Sulutəpə və 28 may qəsəbələrinin, həmçinin “Vorovski” yaşayış massivi və “1 may”  yeni yaşayış massivinin ümumi istifadədə olan, müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların istifadə etdiyi və əsas sosial obyektlərin yerləşdiyi küçə və yollarını əhatə edir.

 Cari ilin əvvəlindən 15 küçədə təmir-bərpa işləri aparılaraq yekunlaşdırılıb.

Təmir olunan küçə və yollar boyu zəruri yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılıb, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülüb, küçələr profilə salınıb, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilib və bunun ardınca asfaltlanma işləri aparılıb, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb.

 





05.04.2019    çap et  çap et