525.Az

Prezidentdən yeni təyinatlar - Yenilənib


 

Prezidentdən yeni təyinatlar - <b style="color:red">Yenilənib </b> Novruz Nəcəf oğlu Novruzov Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

“Azərtac”ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Prezidentin imzaladığı digər sərəncamla Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısının digər sərəncamları ilə Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Prezidentin digər sərəncamlarına əsasən, Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon

İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib, onun yerinə Məhərrəm Böyükağa oğlu Quliyev gətirilib.
Digər sərəncamlarla Asif Həbib oğlu Hüseynov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib, bu vəzifəyə Novruz Nəcəf oğlu Novruzov təyin edilib.
 





05.04.2019    çap et  çap et