525.Az

Daha 352 nəfər əllilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olundu


 

Daha 352 nəfər əllilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olundu<b style="color:red"></b>

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edənlər arasında həssas qruplara aid vətəndaşlara, o cümlədən, əlilliyi olan şəxslərə xüsusi üstünlük verilir.
 
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda qeyd olunub.

Bildirilib ki, cari ilin yanvar-mart aylarında nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 352 nəfər əlilliyi olan şəxs kiçik ailə təsərrüfatlarını yaratmaq üçün potensialları nəzərə alınmaqla bu proqrama cəlb olunub. Onlardan artıq bir qismi kiçik biznes fəaliyyətinin qurulmasına dair zəruri bilik və bacarıqlara malik olmaları üçün bir aylıq təlim kurslarında iştirak edir.

Kursları uğurla başa vuran və qiymətləndirmə zamanı biznes-planları müsbət dəyərləndirilən şəxslər ailə təsərrüfatlarını yaratmaq üçün aktivlərlə (mal və materiallarla) təmin olunacaqlar.

Hazırda əlilliyi olan şəxslərin proqrama cəlb olunması işləri davam etdirilir.

Xatırladaq ki, ötən il özünüməşğulluq proqramı iştirakçılarından 1000 nəfərini əlilliyi olan şəxslər təşkil edib.

CEYHUN

 





05.04.2019    çap et  çap et