525.Az

Prezident və xanımı 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə xalqımızı təbrik etdilər


 

Prezident və xanımı 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə xalqımızı təbrik etdilər<b style="color:red"></b>

2019-cu il aprelin 6-da keçmiş Ağdərə rayonu sakini, hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlib.

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu münasibətlə Azərbaycan xalqını və uşağın valideyinlərini təbrik edirlər.

Qeyd edək ki, Bakıda saat 03:30-da Azərbaycan vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. Körpə tam sağlamdır və peşəkar tibb işçilərinin nəzarəti altındadır.

 





06.04.2019    çap et  çap et