525.Az

MTRŞ-nın “Space”ə qarşı şikayətinə Yasamal məhkəməsində baxılacaq


 

MTRŞ-nın “Space”ə qarşı şikayətinə Yasamal məhkəməsində baxılacaq<b style="color:red"></b>

Milli Televiziya və Radio Şurasının (MTRŞ) “Space” telekanalına qarşı şikayətinə Yasamal Rayon Məhkəməsində baxılacaq.

ONA-nın xəbərinə görə, məhkəmə inzibati xəta haqqında protokolu aldığı vaxtdan 15 gün müddətində işə baxacaq.

 Qeyd edək ki, “Space” TV-nin “Hər səhər” verilişində efirə getmiş ədəbsiz söz və ifadələr MTRŞ tərəfindən aparılan monitorinqlər zamanı aşkar edilib. 5 aprel 2019-cu il tarixdə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.

 





08.04.2019    çap et  çap et