525.Az

Nazirlik 60 minə yaxın vətəndaşın müraciətini cavablandırılıb


 

Nazirlik 60 minə yaxın vətəndaşın müraciətini cavablandırılıb<b style="color:red"></b>

2019-cu ilin birinci rübü ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 58 988 vətəndaş müraciətini cavablandırıb.

Nazirlikdən verilən məlumata görə, müraciətlərin 28 262-si məktub, ərizə ilə, elektron qaydada, 27 378-i 142 - Çağrı mərkəzi, 1180-i iş telefonları, 2168-i sosial şəbəkələr vasitəsilə edilib.

Nazirliyin rəhbər vəzifəli şəxsləri və əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilən vətəndaşların sayı isə 7 266 nəfər olub. Onlardan 200 nəfəri, o cümlədən, bölgələrdə qəbullar zamanı 85 nəfərnazir tərəfindən qəbul edilib.

Vətəndaşların nazirliyə etdikləri, həmçinin, fərdi qəbullar zamanı müraciətlər bu və ya digər sosial təminat növünə hüququn müəyyən olunması, əmək hüquqları, tibbi-sosial ekspertiza və reabilitasiya, elektron xidmətlərdən istifadə, aktiv məşğulluq tədbirlərinə, o cümlədən, özünüməşğulluq proqramına cəlb olunma və s. kimi aidiyyəti məsələlərlə bağlı olub.

Hər bir müraciətin qanunvericiliyin tələbləri əsasında cavablandırılması, sorğu xarakterli müraciətlərlə əlaqədar aydın şəkildə izahatlar verilməsi təmin edilib.

C.ABASOV

 





08.04.2019    çap et  çap et