525.Az

Tural Abbaslının Azərbaycan Xalq Hərəkatından çıxarılması təklif olunub - Yenilənib


 

Tural Abbaslının Azərbaycan Xalq Hərəkatından çıxarılması təklif olunub - <b style="color:red">Yenilənib </b>

İki qanada parçalanmış Azərbaycan Xalq Hərəkatı birləşməsi üçün danışıqlar aparılacaq.

ONA-nın məlumatına görə, sabiq daxili işlər naziri İsgəndər Həmidov jurnalistlərə açıqlamasında bildirib ki, telefonla əlaqə saxlanılıb və bu gün qarşı tərəfin nümayəndələri ilə görüş keçirmək barədə razılığa gəlinib.

Onun sözlərinə görə, görüş AMEA-nın çayxanasında keçiriləcək: "Görüşdə bizim tərəfdən mən, Valeh Mirzəyev, digər tərəfdən isə Rəhim Qazıyev və onların müəyyənləşdirəcəyi digər iki nəfər iştirak edəcək".

*** Saat 16:30

Gələcək Azərbaycan Partiyasının qərargahında parçalanmış Azərbaycan Xalq Hərəkatının qanadlarından birinin toplantısı keçirilir.

ONA-nın məlumatına görə, toplantıda sabiq daxili işlər naziri İsgəndər Həmidov KXCP qərargahında toplantı keçirən digər qanadda təmsil olunan Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə telefonla əlaqə saxlayıb. İsgəndər Həmidov fərqli məkanda toplantı keçirilməsi barədə öncədən edilən təklifləri qəbul etmədiyini və bunun yolverilməz olduğunu bildirib.

Müzakirə zamanı KXCP qərargahında toplaşanlar sırasında yer alan sabiq müdafiə naziri Rəhim Qazıyevin evində bir araya gəlmək tövsiyə olunub. Tərəflər görüş yerinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

İclasda AXH İdarə Heyətinin üzvü Salman İmanlı Ağ Partiyanın sədri Tural Abbaslının qurumdan çıxarılmasını təklif edib.

Müzakirələr davam edir.

 





08.04.2019    çap et  çap et