525.Az

AŞPA həmməruzəçilərinin Azərbaycan səfəri niyə təxirə salındı?


 

AŞPA həmməruzəçilərinin Azərbaycan səfəri niyə təxirə salındı? <b style="color:red"></b>

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinqi komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Rocer Geyl və Ştefan Şennakın Azərbaycana səfəri “Brexit”ə görə təxirə salınıb.

Bunu Ştefan Şennak ONA-nın Qərbi Avropa müxbirinin sualını cavablandırarkən deyib.

“Azərbaycana səfərin dəqiq tarixi bilinmir. Çünki digər həmməruzəçi Rocer Geyl “Brexit”lə bağlı Böyük Britaniya parlamentində olmalıdır. Əgər “Brexit” olmasa idi, biz  bir ay öncə Azərbaycana gəlməli idik. Hazırda ona görə dəqiq tarixi deyə bilmirəm. Ancaq Britaniyada “Brexit” üzrə danışıqlar yekunlaşmaq üzrədir. Düşünürəm ki, yaydan öncə Azərbaycanda olacağıq”.

 





08.04.2019    çap et  çap et