525.Az

Bu gün Milli Məclisin iclası keçiriləcək


 

Bu gün Milli Məclisin iclası keçiriləcək<b style="color:red"></b>

Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək.

Gündəliyə 20 məsələ daxil edilib.

İclasda  əvvəlcə Hesablama Palatasının hesabatı təqdim olunacaq. Eyni zamanda gündəliyə Ailə, Vergi, İnzibati Xətalar, Su, Meşə və Əmək məcəllələrinə, o cümlədən “Gömrük tarifi haqqında”, “Fitosanitar nəzarət haqqında”, “Balıqçılıq haqqında”, “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”,  “İctimai iştirakçılıq haqqında”,  “Kənd təsərrüfatı kooperasiyaları haqqında”, “Avtomobil yolları haqqında”, “Banklar haqqında” və digər qanunlara dəyişikliklər daxil edilib.

 





09.04.2019    çap et  çap et