525.Az

Azərbaycan İrana humanitar yardım göndərəcək


 

Azərbaycan İrana humanitar yardım göndərəcək<b style="color:red"></b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycan Hökuməti adından İran İslam Respublikasında aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fələkətlə əlaqədar bu ölkəyə humanitar yardım yola salacaq.

FHN-dən verilən məlumata görə, hazırda ümumi dəyəri 950 min manat olan humanitar yardımın yola salınması üçün müvafiq hazırlıq işləri görülür.

Qeyd edək ki, martın 20-də İranda yağan fasiləsiz yağışlar daşqınlara səbəb olub. Nəticədə 70-ə yaxın şəxs ölüb, 400 min nəfər xəsarət alıb.

Təbii fəlakət, əsasən, Gülüstan, Mazandaran, Lorestan və Xuzestan vilayətlərini əhatə edib. Kənd təsərrüfatı yüz milyon dollarla itkiyə məruz qalıb.

Rəsmi açıqlamalara görə, daşqınlar nəticəsində 400 yaşayış məntəqəsi zərər görüb. Ölkədə 2 mindən çox yol bağlanıb, 84 körpü dağılıb, 141 çay daşıb.

 





09.04.2019    çap et  çap et