525.Az

"Beşiktaş"-"Qalatasaray" oyununda qarşıdurma (Video, Fotolar)


 

"Beşiktaş"-"Qalatasaray" oyununda qarşıdurma <b style="color:red"> (Video, Fotolar)</b>

Bu gün Türkiyə Superliqasında baş tutan "Beşiktaş" - "Qalatasaray" derbisində qarşıdurma yaşanıb.

Oyunun 90+3-cü dəqiqəsində sarı-qırmızılı Felipe Melo "Beşiktaş"lı Mottaya qarşı qaydanı pozduğu üçün qırmızı kart aldıqdan sonra ortalıq qarışıb.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, meydana daxail olan azərkeşlərlə polis arasında qarşıdurma baş verib. Didye Droqba Felipe Melonu sakitləşdirərək meydançadan çıxarıb.

Baş verən olaydan sonra hər iki tərəfin azərkeşləri oturacaqları qarşıdurmanı sakitləşdirməyə cəhd göstərən mühafizə xidmətinə tərəf tullayıblar. Polis bibər qazı ilə müdaxilə etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, "Beşiktaş" 18-ci dəqiqədə Almeydanın qoluyla hesabda irəli çıxsa da, səfərdə oynayan "Qalatasaray" Didye Droqbanın 60 və 72-ci dəqiqələrdə vurduğu qollarla hesabı öz xeyrinə dəyişib. İkinci hissəyə artırılmış 3cü dəqiqədə oyun dayandırılıb.

 



















 





22.09.2013    çap et  çap et