525.Az

Gürcüstan səfiri: "9 aprel və 20 yanvar - iki qonşu xalqın böyük faciəsidir"


 

Gürcüstan səfiri: "9 aprel və 20 yanvar - iki qonşu xalqın böyük faciəsidir"<b style="color:red"></b>

"Gürcüstan üçün faciəvi tarixdən 30 il keçir. Günahsız gənclər Gürcüstanın azadlığı, müstəqilliyi və gələcəyi uğrunda öz həyatlarını qurban veriblər".

Bu sözləri ONA-ya açıqlamasında Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.

Z.Pataradze qeyd edib ki, 9 aprel gürcü xalqı üçün həm faciə, həm də qürur günüdür.

Səfir vurğulayıb ki, 9 aprel 1989-cu il hadisəsinin 30-cu ildönümünü dost və strateji tərəfdaş Azərbaycanda qeyd etmək əlamətdar hadisədir:

"XX əsrdə iki qonşu xalq müstəqilliyi qazanmaq üçün çətin yollardan keçib və oxşar hadisələrə məruz qalıb. 9 aprel və 20 yanvar - iki qonşu xalqın böyük faciələridir. Bizim xalqlarımız eyni dərdi bölüşür. Xalqlarımız bu faciələr zamanı həyatını qurban vermiş qəhrəmanları həmişə xatırlamalıdır".

Qeyd edək ki, 1989-cu ilin aprelin 9-da Sovet ordusu Gürcüstanın paytaxtı Tbilisidə müstəqillik tərəfdarlarının mitinqini dağıdıb. Nəticədə qadınlar və gənclər də daxil olmaqla 21 nəfər həyatını itirib.

 





09.04.2019    çap et  çap et