525.Az

Hikmət Hacıyev BMT-nin Cenevrə ofisinin rəhbəri ilə görüşdü


 

Hikmət Hacıyev BMT-nin Cenevrə ofisinin rəhbəri ilə görüşdü<b style="color:red"></b>

Azərbaycan Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin Cenevrə ofisinin rəhbəri Mikael Moller ilə görüşüb.

ONA-nın xəbərinə görə, görüşdə Azərbaycan və BMT arasında əməkdaşlıq, ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirməsi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi barədə müzakirələr aparılıb.

H.Hacıyev həmsöhbətə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi və ölkəmizin mövqeyi barədə məlumat verib.

 





09.04.2019    çap et  çap et