525.Az

Angela Merkelin liderlik etdiyi partiyalar ittifaqı qələbə qazanıb


 

Angela Merkelin liderlik etdiyi partiyalar ittifaqı qələbə qazanıb<b style="color:red"></b>

Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi “Xristian Demokrat İttifaqı – Xristian Sosial İttifaqı” (CDU-CSU) bazar günü ölkədə keçirilən parlament seçkilərində açıq fərqlə qalib gəlib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, iqtidardakı CDU-CSU ittifaqının siyahısı 41,5%, birmandatlı dairələrdəki namizədləri isə 45,3% səs alıb.
 
CDU-CSU ittifaqının hazırkı hökumət ortağı – Azad Demokratlar Partiyası (FDP) 5 faizlik minimum baryeri aşa bilməyərək parlamentdən kənarda qalıb. 
 
Müxalifətdəki Sosial Demokrat Partiyası (SPD) 25,7%, Sol Partiya (Die Linke) 8,6%, Yaşıllar 8,4% səs toplayıb.
 
A. Merkelin yeni hökuməti formalaşdırmaq üçün bir neçə səs ehtiyacı var.

 





23.09.2013    çap et  çap et