525.Az

Bakıda əsas ixrac neft-qaz kəmərlərinin mühafizəsi üzrə təlim keçirilir


 

Bakıda əsas ixrac neft-qaz kəmərlərinin mühafizəsi üzrə təlim keçirilir<b style="color:red"></b>

Bu gün Bakıda “Eternity 2013” (“Sonsuzluq-2013”) kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb.

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verib.
 
Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə keçirilən təlim sentyabrın 27-də başa çatacaq.
 
Təlim əsas ixrac neft-qaz kəmərlərinin mühafizəsi ssenariləri üzrə keçirilir. Türkiyədən təlimə Silahlı Qüvvələrlə yanaşı BOTAŞ şirkətinin nümayəndələri də qatılıb.
 
Qeyd edək ki, “Eternity” təlimi ildə bir dəfə növbəlilik əsasında iştirakçı ölkələrin birində keçirilir.

 





23.09.2013    çap et  çap et