525.Az

"İnsanın Başlanğıc Nöqtəsi" layihəsinin icrasına başlanıldı


 

"İnsanın Başlanğıc Nöqtəsi" layihəsinin icrasına başlanıldı <b style="color:red"></b>

Gənclər Fondunun XI qrant müsabiqəsinin qalibi Nuray Kərimovanın "İnsanın Başlanğıc Nöqtəsi” fərdi layihəsinin icrasına başlanılıb.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə XI qrant müsabiqəsinin qalibi Nuray Kərimovanın "İnsanın Başlanğıc Nöqtəsi” fərdi layihəsinin icrasına başlanılıb.

"İnsanın Başlanğıc Nöqtəsi” layihəsinin əsas məqsədi rəssamlıqla məşğul olan, bu sənəti dərindən öyrənmək istəyən yaradıcı gənclərə rəssamlığın ən vacib forması olan insan formasını lap başlanğıcından sonuna kimi yəni, sıfırdan öyrətməkdir. Hər bir sənətkar bütün yaradıcılıq yolu boyunca ən çox insan fiqurundan istifadə edir ve dayanmadan bu fiqurdan ibarət kompozisiyalara müraciət edəcəkdir. Burda isə əsas nüans insanın quruluşu, ölçü nisbəti və forma plastikasını düzgün şəkildə öyrənməkdən ibarətdir.

Layihənin 1-ci günündə təlimçi Toğrul Ağayev insanın bəşəriyyətin ən mükəmməl quruluşa malik canlısı olması haqqında fikirlərini səsləndirib. O qeyd edib ki, insan amili istər bədən və üzün ölçü nisbəti, istər daim hərəkətdə olan forması, istərsə də gözəl quruluşu ilə daim rəssamlar ve şairlərin ilham mənbəyi, əsərlərinin ilkin mövzusu, siması olub. Toğrul Ağayev insan anatomiyası haqqında danışarkən bildirib ki, hər bir rəssamın bunu bilməsi əsas amillərdəndir.

 

 





09.03.2019    çap et  çap et