525.Az

“Metafizika” jurnalının yeni sayı


 

“Metafizika” jurnalının yeni sayı <b style="color:red"></b>

“Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının cari ildə ilk sayı işıq üzü görüb.

Nəşrin bu sayında Vatikanın Lateran Pontifik Universitetinin professoru Françesko Alfierinin “Haqqa aparan ortaq yol nümunəsi”, İranın Əmir Kəbir Universitetinin professoru Əbülfəzl Kiyaşimşəkinin “Fəlsəfə və irfanın transsendental fəlsəfədə qarşılıqlı təsiri”, Bakı Dövlət Universitetinin professoru Əziz Məmmədov və Fuad Qurbanovun “Lütfi Zadənin Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin məntiqi-qnoseoloji təhlili”, Elm Tarixi İnstitutunun baş elmi işçisi, dosent Ələddin Məlikovun “Sədrəddin Şirazi fəlsəfəsində ağıl və inam münasibətlərinin təhlili”, fəlsəfə İnstitunun dissertantı Yeganə Rəsulovanın “Tarixi yaddaş mədəniyyətin təkamülü dinamikasında” və digər məqalələr yer alıb.

Qeyd edək ki, yeddi ölkədən tanınmış alimlərin təmsil olunduğu jurnalın redaksiya heyətinin sədri AMEA-nın müxbir üzvü Könül Bünyadzadə və baş redaktor f.ü.e.d. Dosent Ələddin Məlikovdur.

Jurnal “DOI”, "İdeal Online", "EBSCO", "DIIF", "Cosmos Impact Factor", "International Index Copernicus" və digər nüfuzlu impakt faktorlu indekslərdə qeydiyyata alınıb.

 





12.04.2019    çap et  çap et