525.Az

78 132 abituriyent elektron ərizəsini təsdiq edib


 

78 132 abituriyent elektron ərizəsini təsdiq edib<b style="color:red"></b>

2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə sənəd qəbulu davam edir.

Aprelin 13-ü saat 11:00-a olan məlumata əsasən, I-IV ixtisas qrupları üzrə 65 498 (60 008 Azərbaycan bölməsi, 5 490 rus bölməsi üzrə) abituriyent elektron ərizəsini təsdiq edib.

Onlardan 64 872 abituriyent yaz imtahanına, 626 abituriyent isə yay imtahanına qeydiyyatdan keçib.

Qeyd edək ki, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu martın 15-dən aprelin 15-dək internet vasitəsilə aparılır.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).

 





13.04.2019    çap et  çap et