525.Az

Baş Polis İdarəsi müxalifətin mitinqi ilə bağlı məlumat yaydı


 

Baş Polis İdarəsi müxalifətin mitinqi ilə bağlı məlumat yaydı<b style="color:red"></b> Bakı şəhər Baş Polis İdarəsi sentyabrın 22-də Milli Şuranın Yasamal rayonu ərazisində təşkil etdiyi mitinqlə bağlı məlumat yayıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 525.az-a daxil olan məlumatda bildirilir ki, dünən özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun prezidentliyə namizədi Cəmil Həsənlinin Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. Saat 16:00-dan 18.00-dək davam edən toplantıda həmin quruma daxil olan AXCP, Müsavat, ACP, KXCP, El Hərəkatı, eləcə də, bir sıra digər müxalifətyönlü partiyaların, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2000 (iki min) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.
 
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması hallarına yol verilməyib.
 





23.09.2013    çap et  çap et