525.Az

Oqtay Rzanın Nizami Cəfərova təbrik şeiri


 

Oqtay Rzanın Nizami Cəfərova təbrik <b style="color:red">şeiri</b>

Bu gün professor Nizami Cəfərov ömür sarayının 55-ci qapısını inamla açır. Onu təbrik edənlərə mən də qoşuluram.

 

Oqtay Rza

 

Ucalıq

 

Tükənməz sevgiyə, sayqıya layiq

Möhtəşəm Atatürk Mərkəzindəyik;

Bura-yığıncaqlar, tədbirlər yeri,

Sorağı, şöhrəti gəzir hər yeri.

 

Gələn qonaqları  qarşılayır kim?

Ocağın rəhbəri – Nizami Cəfər!

O həm müdavimdir, həm böyük alim,

Xalqa ərmağanı  – neçə yüz əsər.

 

Bir kiçik şeirlə  borc ödəyirəm,

Çox azdır söyləmək afərin, əhsən!

Qəlbində –  Nizami, əlində – qələm:

Poema yaradıb Nəriman Həsən...

 

Sürür arabanı  görkəmli rəssam,

Gülür üzümüzə  qədim oba, el

Nə olar, adları  qısaca saysam:

İbrahim İlyaslı, Sənəm Səbayel...

 

Təravət qarışıb təmiz havaya,

Təbiət ecazkar, duyğu, hiss lirik.

Gedirik Qazaxdan Ağstafaya,

Zəlimxan adlanan kəndə gedirik.

 

Uzaqdan çağırır doğma ocaq, ev,

Sədət bulağından sərin su içib;

Xasiyyət kökündən  özünə keçib,

Tutarlı kəlmələr tapammıram, heyf!

 

İlk addım atdığı həyət bax, budur,

Yurdunu daha da şöhrətləndirən,

Dədə məskənini pirə döndərən

Şəxsiyyət – Nizami Quluoğludur!

Salam gətirmişik Savad anaya –

Mərd oğul bəxş  edib bizə, dünyaya.

Öpür üzümüzdən Məleykə nənə,

Bakıya dönərkən kövrəldim yenə.

 

...İgid ölkəsini Ərzə tanıdır,

Bir günü həftəyə  tən olan səfər.

Mənim də nəğməmin qəhrəmanıdır –

Müdrik, alicənab Nizami Cəfər.

 

Narahat xəyalın qanadları var,

Yuxu da keçmişi nura bələyir;

Görürəm –  Nizami, dahi sənətkar

Nizami Cəfərə  uğur diləyir...

 

Biri dəyişdirib eyləməz iki,

Millətin köməyə  tez gələnidir;

Cavanşir, Koroğlu, Qorqud aşiqi

Ana dilimizin baş  bilənidir.

 

Böyük adamların qayğısı min-min...

Haray eşidəndə  hay verən insan!

Ayrılıq günündə  Akif Səmədin

Sözünü əmələ  çevirən insan!

 

Yandırıb bağrını, içini tez-tez,

Güney Azərbaycan dərdi ağırdır.

... Ədalət  – ləngiyər, amma əyilməz!

Yolumuz əbədi haqqa doğrudur.

 

Oqtay, ötənlərdən hərdən söhbət et,

Neçə fəaliyyət meydanı olub;

Daim qəlbindədir Universitet,

Qızım Aynurun da dekanı olub.

 

Aləmə ilk dəfə göz açıb burda

Alim, akademik, millət vəkili;

Möhtəşəm nəsildən yadigar yurda

Bağlıdır ömrün hər uşaqlıq ili.

 

Sanki danışacaq portreti də –

Ustadın elə  bil özüdür, özü!

Gəzib dolaşmışam neçə qitədə,

Mən bu tərənnümdə  acizəm düzü.

 

Cəfər –  xoş baxışlı, on yaşlı oğlan,

Ulu babasının  şagird adaşı;

Bir əsr əvvəli soruşdum ondan,

Mahal alqışlasın belə yurddaşı!

 

Zaman dilləndirir könül tarımı,

Günlər yaşayırıq sanki aya tən.

Nizami haqqında yazdıqlarımı

Oxusun məmləkət, dinləsin Vətən!

 





23.09.2013    çap et  çap et