525.Az

Dünya liderlərindən Notr-Dam yanğınına görə fransız xalqına dəstək


 

Dünya liderlərindən Notr-Dam yanğınına görə fransız xalqına dəstək<b style="color:red"></b>

Paris Notr-Dam kilsəsinin yanması dünya ictimaiyyətini kədərləndirib.

ONA xəbər verir ki, Parisdə baş verən yanğınla bağlı dünya ölkələrinin liderləri fransız xalqına dəstək veriblər.  

ABŞ prezidenti Donald Tramp Paris Notr-Dam kilsəsini dünyanın ən böyük xəzinələrindən biri adlandırıb. O, yanğınla bağlı Fransa rəhbərliyi ilə telefon əlaqəsi saxlayıb, təəssüfünü ifadə edib.

Avropa Komissiyasının sədri Jan-Klod Yunker, BMT-nın baş katibi Antoniu Quterriş və digər şəxslər də faciə ilə əlaqədar fransız xalqına dəstəklərini bildiriblər.

Dünya mətbuatı da yanğına geniş yer ayırıb.

Fransa prezidenti Emanuel Makron Notr-Dam-de-Paris kilsəsini tam bərpa etməyə söz verib.

Onun sözlərinə görə, kilsə Fransa tarixinin ayrılmaz hissəsidir və onun bərpasında heç kəs öz gücünü əsirgəməməlidir.

Sabahdan etibarən Fransa və onun hüdudlarından kənarda kilsənin bərpası üçün xeyriyyə vəsaitinin yığılmasına start veriləcək.

 





16.04.2019    çap et  çap et