525.Az

Məhəmməd Cavad Zərif Bəşər Əsədlə görüşdü


 

Məhəmməd Cavad Zərif Bəşər Əsədlə görüşdü<b style="color:red"></b>

Aprelin 16-da Suriyaya səfər edən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu ölkənin prezidenti Bəşər Əsədlə görüşüb.

ONA-nın Tehran bürosunun məlumatına görə, media görüşə buraxılmayıb.

M.C.Zərif görüşdən öncə jurnalistlərə açıqlamasında deyib ki, səfərin məqsədi regionda və beynəlxalq aləmdə baş verən proseslərin müzakirəsi və iki ölkə arasında əldə olunan razılaşmaların icrasının tezləşdirilməsidir.

M.C.Zərif Suriyadan Türkiyəyə gedəcək.

 





16.04.2019    çap et  çap et