525.Az

Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi" əsərinin satışı artıb


 

Viktor Hüqonun "Paris Notr-Dam kilsəsi" əsərinin satışı artıb<b style="color:red"></b>

Ötən gün Notr-Dam kilsəsində baş verən yanğından sonra fransız yazıçı Viktor Hüqonun məşhur “Paris Notr-Dam kilsəsi” əsəri “Amazon” saytında 10 ən populyar kitab siyahısına daxil olub.

ONA-nın məlumatına görə, bu barədə “BFM TV” telekanalı məlumat yayıb.

Məlumata görə, Paris üzrə bələdçi kitabçaların satışında da artım müşahidə olunur.

Telekanalın xəbərinə görə, oxşar hadisə 2015-ci il noyabrın 13-də baş verən terror aktından sonra yaşanıb. Belə ki, o vaxt Ernest Heminqueyin “Həmişə səninlə olan bayram” kitabının satışı artmışdı.

 





16.04.2019    çap et  çap et