525.Az

Makron Notr-Dam kilsəsinin 5 ilə bərpa olunacağını deyib


 

Makron Notr-Dam kilsəsinin 5 ilə bərpa olunacağını deyib<b style="color:red"></b>

Fransa prezidenti Emmanuel Makron yanğından ciddi ziyan görmüş Müqəddəs Məryəm ana kilsəsinin (Notr-Dam-de-Paris) bərpasının mümkün olduğunu bildirərək, yaxın 5 il ərzində bu işlərin başa çatdırılmasına çağırıb.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə o, televiziya vasitəsilə xalqa müraciətində deyib.

“Bəli, biz Notr-Dam kilsəsini bərpa edəcəyik və o, əvvəlkindən də gözəl olacaq. Mən istəyirəm ki, bərpa işləri 5 ildən sonra bitmiş olsun. Biz bunu etməyə qadirik və bunun üçün bütün gücümüzü birləşdirəcəyik”, - Fransa prezidenti belə deyib.

 





16.04.2019    çap et  çap et