525.Az

Professor Babək Qurbanov Türkiyədə anıldı


 

Professor Babək Qurbanov Türkiyədə anıldı<b style="color:red"></b>

Türkiyənin Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyası tərəfindən mərhum professor Babək Qurbanovun xatirəsinə həsr edilmiş Şərq-Qərb Sintezi Konserti keçirilib.

Tədbirdə universitet rəhbərliyi, alim və professorlar, tələbələr və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Əli Gür B.Qurbanovun həyat və yaradıcılığı haqqında danışıb, onu Azərbaycanın yetişdirdiyi filosof, musiqişünas, bəstəkar kimi yad edib. O, tədbirin hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Çıxışçılardan Fəxri Çəpik "professor Qurbanovun tək arzusu doktorluq proqramının açılmağı idi, təəssüf ki, xəstəlik imkan vermədi. Onu xatirələri ilə yad edəcəyik, ruhu şad olsun!" - deyib.

Konsertin idarəsini dosent Əfqan Zəki Saleh, layihə rəhbərliyini Fəxri Çəpik həyata keçiriblər.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

ŞAHANƏ

 





17.04.2019    çap et  çap et